Binəqədi bələdiyyəsinn yaydığı məlumata görə, Binəqədi rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər əliyevin anadan olmasının 93 illiyi münasibətilə keçiriləcək ümumrayon Gül bayramı ilə bağlı tədbirlərlə əlaqədar bələdiyyənin inzibati binasının önündə və səkilərin abadlaşdırılması, qazonun əkilməsi, yaşıllaşdırma işləri həyata keçirilib.
Bələdiyyə sədri Sitarə Cabbarlı bu addımla bağlı maraqlı fikirlər söyləyib:
“Təbiəti qorumaq bizim sağlamlığımız, uzunömürlülüyümüz deməkdir. Yaşıllığı zənginləşdirmək hamının borcudur. Təbiət bir ahəngdir. Ritmlə döyünən bir ürəkdir. Gözəlliyi başa düşməkdə, qiymətləndirməkdə bizə kömək edir.
əslində, biz bu təbiətin bir parçasıyıq, o, bizim hamımızın evidir. Təbiət bizə hər şeyi səxavətlə vermişdir. Biz bu səxavətdən bacarıqla istifadə etməliyik. Hər şeydən əvvəl, sularımızın, ətraf mühitin təmizliyini, havamızı göz bəbəyi kimi qorumağı bacarmalıyıq. Buna isə yaratdığımız əlverişli mühit vasitəsilə nail ola bilərik.
Ulu Öndər Heydər əliyevin bizlərə bir ənənən kimi qoyduğu Gül bayramı münasibətilə kollektivimiz, inzibati ərazimizdə olan uşaq baxçasının müəllim və körpə fidanları ətraf mühitin təmizliyini qorumaq, xoş mühit yaratmaq üçün gül-çiçək əkilməsində iştirak etmişlər.”
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|